Bakının mərkəzində binada yanğın başlayıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolostoy küçəsində yerləşən binada yanğın baş verməsi barədə barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.