Bakı. Trend:
Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyənolunur.
Trend xəbər verir ki, bu barədə məlumat Qafqaz Müsəlmanlarıİdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətiləverdiyi fətvada əks olunub.
Qeyd olunub ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanlarıİdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftarvaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.
"Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdəndaxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinəsəbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımıztərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiyavasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyəolunur. İnşallah, Ramazan bayramının tarixi Şəvval ayının hilalınıngörünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüfedəcəkdir. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq QafqazMüsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazanbayramının tarixi barədə əlahiddə məlumat verəcək".