AZ

"Barselona"nın qapıçısı sürpriz məğlubiyyətdən sonra emosional danışdı

"Barselona"nın qapıçısı Joan Qarsiya La Liqanın son turunda "Jirona"dan aldıqları gözlənilməz məğlubiyyəti (1:2) şərh edib.

Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:

"Qapıçının işi qapını qorumaqdır. Təəssüf ki, bu dəfə rəqib qapımıza çox tez-tez zərbə endirdi. Belə olmasını istəməzdik. Komanda sonda xal qazanmırsa, mənim qurtarışlarım heç nəyi dəyişmir. Əminəm ki, inkişaf etməliyik. Rəqiblərin böyük zəhmət çəkmədən tez-tez qol vurmasına icazə veririk. Vəziyyət dərin təhlil tələb edir. Həftəiçi oyunların olmaması səhvlərimizi anlamaq və onların üzərində işləmək üşün yaxşı fürsətdir. Lazımsız emosiyaların bizə mane olmasına şərait yaratmadan nəticələrimizi yaxşılaşdırmağın yolunu tapmalıyıq".

Xatırladaq ki, bu məğlubiyyət məticəsində "Barselona" La Liqanın turnir cədvəlində 2-ci pilləyə enib. Kataloniya təmsilçisi əzəli rəqibi "Real Madrid"dən 2 xal geri qalır.

Nihat  

Seçilən
35
1
fanat.az

2Mənbələr