AZ

Allahşükür Paşazadə: Dünya üçün sülhün təşviqindən vacib heç nə ola bilməz  

Builki Ramazan ayı da ölkəmizin və xalqımızın taleyinə Prezident İlham Əliyevin siyasi qüdrəti və qətiyyəti sayəsində davam edən Zəfər ab-havasında daxil olur. Qarabağın bütün bölgələrində dövlət bayrağının dalğalanması, məscidlərin minarələrindən azan səslərinin ucalması, tarixi ədalətin - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Qalib xalq olaraq bizə böyük qürur və fəxr hissi bəxş edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri bu gün Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının (QMİ) Ramazan ayı ilə əlaqədar iclasında QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunması dövlət rəhbərimizin insan həmrəyliyinə, insan qardaşlığı ideyaları naminə misilsiz fəaliyyətinə verilən yüksək mənəvi dəyərdir.

"Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub. Müsəlman Ağsaqqalları Şurasının üzvü olaraq iştirak etdiyim bu tədbirin əhəmiyyəti ölkəmiz, bölgəmiz üçün olduqca böyükdür və bütün dünya üçün gözəl örnəkdir. Bu gün müasir dünya üçün ən önəmli dəyər olan sülhün təşviqindən vacib heç nə ola bilməz", - deyə şeyxülislam əlavə edib.

Seçilən
60
4
azerbaijan-news.az

5Mənbələr