Ankara, 17 fevral, AZƏRTAC
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyi FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən bir qrup şəxsin saxlanılması üçün birgə əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, 676 hüquq-mühafizə orqanı əməkdaşının iştirak etdiyi əməliyyat səkkiz aylıq texniki və fiziki müşahidədən sonra planlaşdırılıb. Kayseri, İstanbul, Adana və Mersində eyni vaxtda 70 şübhəlinin saxlanılması həyata keçirilib.
Əməliyyat zamanı səs və videoların qeydi cihazları, üç qeydiyyatsız tüfəng, bir tapança, eləcə də FETÖ sənədləri və rəqəmsal mediadakı məlumatlar müsadirə edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara