Bakı, 17 fevral, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayı ilə əlaqədar fətva verib. Fətvaya əsasən bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-dur.
Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla miladi təqvimlə martın 20-nə təsadüf edəcək.
Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub.