AZ

Ukrayna zirehsiz texnikanı məhv etmək üçün mina hazırlayıb

Ukrayna yüngül zirehsiz maşınları və şəxsi heyəti məhv etmək üçün nəzərdə tutulmuş yeni fuqas-parçalanma tipli sursat hazırlayıb.

Herbiand.az bildirir ki, bu barədə Forbes nəşri yazıb.

Məlumata görə, söhbət xüsusilə fərdi kuzov komponentlərinin 3D çapı ilə istehsal edilə bilən nəqliyyat vasitəsi əleyhinə minadan gedir. Mərmi hücum əməliyyatlarında istifadə olunan yüngül platformaları məhv etmək üçün nəzərdə tutulub.

Şarj təxminən 150 qram partlayıcı maddəni özündə cəmləyib və əvvəlcədən hazırlanmış parçalarla təchiz olunub. Sursat avtomobilin şassisini, yanacaq borularını və elektrik naqillərini sıradan çıxarmaqla yanaşı, içəridəki personala xəsarət yetirmək qabiliyyətinə malikdir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
61
herbiand.az

1Mənbələr