AZ

Dövlət Xidməti: Bakıda yanan bina dövlətin qoruduğu abidəyə bitişikdir

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində yanğın baş verən ikimərtəbəli yaşayış binası dövlət tərəfindən qorunan abidə deyil.

Bunu "Report"un sorğusuna cavab olaraq, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanğın 3493 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə bitişik binada baş verib.

Məlumata görə, hazırda hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
4
cebheinfo.az

5Mənbələr