AZ

London klubu Atletik in hücumçusuna 100 milyon avro verməyə hazırdır

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Arsenal" Bilbao "Atletik"inin hücumçusu Niko Uilyamsla maraqlanır. Sport24.az  "TEATMalk"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu hazırkı vəziyyətindən narazı olduğu üçün klubdan ayrılmağı düşünür.

"Arsenal" artıq "Uilyams"ın nümayəndələri ilə əlaqə saxlayıb və yay "transfer pəncərəsi"ndən əvvəl rəsmi təklif vermək niyyətindədir. "Atletik" futbolçunun ayrılmasının qaçılmaz olduğunu başa düşür.

"Basklar" hücumçusunu ən azı 100 milyon avro müqabilində buraxmağa hazırdırlar. Buna baxmayaraq, qiymət "Arsenal"ı fikrindən yayındırmır. 

Qeyd edək ki, Uilyams bu mövsüm "Atletik"də 26 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
sport24.az

1Mənbələr