AZ

Yasamalda yaşayış binasındakı yanğın - sakinlər təxliyə edilir...



Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsi işləri davam etdirilir. İkimərtəbəli yaşayış binasında baş verən yanğın qonşu mənzilə də keçib.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən yanğın nəzarət altına alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

ZÜMRÜD

Seçilən
10
11
baki-xeber.com

10Mənbələr