AZ

Britaniya narahatdır: ABŞ Mastercard və Visa nı söndürsə, dünya 1950 ci illərə qayıdacaq

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Britaniya banklarının rəhbərləri “Visa” və “Mastercard”-a milli alternativin yaradılması ilə bağlı ilk görüşün keçirilməsini planlaşdırıblar.

Reyting.az xəbər verir ki, bu görüş ABŞ-nın özünə məxsus ödəniş sistemlərini bağlaya biləcəyi ilə bağlı artan ciddi narahatlıqlar fonunda baş tutacaq.

Görüş fevralın 19-da “Barclays” bankının baş icraçı direktoru Vim Marunun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Londonun maliyyə sektorundan bir qrup investor tərəfindən maliyyələşdirilən və hökumət tərəfindən dəstəklənən milli ödəniş sisteminin yaradılması təşəbbüsü artıq bir neçə ildir müzakirə olunur.

“The Guardian” yazır ki, ABŞ prezidenti Donald Trumpın Qrenlandiya ilə bağlı NATO müttəfiqlərinə ünvanladığı son təhdidlər ABŞ şirkətlərinə həddən artıq güvənməyin Böyük Britaniyanın ödəniş sistemlərini və daha geniş iqtisadiyyatını təhlükə altına sala biləcəyi qorxusunu artırıb.

Layihə ilə tanış olan bir icraçı bildirib ki, ABŞ “Mastercard” və “Visa”ya giriş imkanlarını məhdudlaşdırsa, bu, dünyanı 1950-ci illərə qaytaracaq. Buna görə də suveren ödəniş sisteminin yaradılmasına ciddi ehtiyac duyulur.

Nəşr qeyd edir ki, Britaniya rəsmiləri ehtiyat ödəniş sisteminə ehtiyac olduğunu vurğulasalar da, ABŞ-dan gələn təhdidlərin bu narahatlığın əsas mənbəyi olduğunu açıq şəkildə ifadə etməkdən çəkinirlər.

Onu da qeyd edək ki, yeni milli ödəniş sisteminin 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

N. ORUCOV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
reyting.az

1Mənbələr