AZ

Danışıqlar qapalı qapılar arxasında keçiriləcək - Kreml

Rusiya, ABŞ və Ukraynadan nümayəndə heyətləri 18 fevralda Cenevrədə sülh danışıqlarını davam etdirəcək. 

Missiya.Az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu gün görüşün nəticələri gözlənilmir. Danışıqlar qapalı qapılar arxasında keçiriləcək.

Əvvəlki raundlar 23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə olub. İkinci görüşdən sonra tərəflər 157-yə 157 hərbi əsir mübadiləsi həyata keçirib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
106
missiya.az

1Mənbələr