AZ

Barselonada yanğın faciəsi - 3-ü uşaq olmaqla 5 nəfər ölüb

İspaniyanın Barselona şəhərində baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Kataloniya Yanğından Mühafizə Xidməti açıqlama yayıb.

Məlumata görə, dünən gecə Barselonanın şəhərinin Osona bölgəsində çoxmənzilli binada baş verən yanğında üçü azyaşlı olmaqla beş gənc ölüb.

Hadisə nəticəsində daha dörd nəfər yüngül xəsarət alıb. Yanğının səbəbləri barədə araşdırma aparılır.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr