AZ

“Kənddən gələn uşaqlar da öz potensialını göstərə bilməlidir”

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Milli Məclisin deputatı Fazil Mustafa ölkədə uşaqların istedadlarının aşkarlanması və düzgün yönləndirilməsi barədə danışıb.

Gununsesi.info xəbər verir ki, deputat bildirib ki, Azərbaycanda təxminən 2 milyon 700 mindən artıq uşaq var və hər bir uşağın qabiliyyəti üzrə uçot aparılmalıdır:

“Hər bir uşağın qabiliyyəti haqqında müvafiq qurumlar müəyyən xasiyyətnamə tərtib etməlidir. Çünki bizim kimi xalqlarda istedadın harda olduğunu əvvəlcədən bilmək çətindir.

Məsələn, Amerikada, İngiltərədə və digər Avropa ölkələrində məktəb sistemi və mühit elə qurulub ki, istedadlı uşaqlar öz imkanlarını asanlıqla göstərə bilirlər. Orada məktəbə getmək üçün avtobus, tramvay kimi problemlər yoxdur. Həmçinin, rüşvət və ya əlavə xərc olmadan təhsil almaq mümkündür. Özəl məktəblərin baha olması belə dövlət dəstəyi ilə müəyyən imkanları bütün uşaqlara təmin edir.

Bizdə isə bu şərtlər formalaşmayıbsa, o zaman hər bir uşağın qabiliyyətini müəyyən etmək və ona uyğun istiqamət vermək vacibdir. Məsələn, biri futbola, biri xakkeyə, biri basketbola, biri elmə, digəri isə musiqi və incəsənət sahəsinə meyilli ola bilər.

Lakin əgər kənddə stadion, idman klubu və ya musiqi kolleci yoxdursa, o uşaqlar necə inkişaf edə bilər? Kənddə sürətli qaçan uşaqlar, mal-heyvan otaran uşaqlar və ya musiqi istedadı olan uşaqlar var, amma onlara inkişaf üçün mühit təmin edilməlidir”.

Deputat qeyd edib ki, bu uşaqların gələcəkdə komandaların alt quruluşlarına, musiqi kolleclərinə, akademiyalara və universitetlərin hazırlıq mərhələlərinə keçməsi üçün sistemli mühit yaradılmalıdır:

“Bu mühit yaradılmadığı üçün bəzi uşaqlar kriminal mühitə meyilli ola bilər. Pis davranış daha cəlbedici görünür, amma düzgün istiqamət verildikdə, istedadlı uşaqlar öz sahələrində uğur qazana bilərlər.

Orta məktəb müəllimləri ilə danışanda tez-tez deyilir ki, bizə doğru istiqamət verilməyib. Məsələn, vaxtında ingilis dili öyrənmək və yeni trendləri bilmək uşaqlara daha böyük imkanlar verərdi. Əgər vaxtında yönləndirilmiş olsaydıq, hədəflərə çatmaq daha asan olardı”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
102
icma.az

1Mənbələr