AZ

Taxta konstruksiyalar alovun yayılmasını sürətləndirib - FHN rəsmisi

Bakı.Trend:

Yasamal rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayışbinasında baş verən yanğın məhdudlaşdırılıb.

Trend xəbərverir ki, bu fikirləri Fövqəladə Hallar Nazirliyi yanında DövlətYanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Arif Babayevjurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirliyin “112” qaynar xəttinə saat11:27-də Yasamal rayonu Lev Tolstoy 2 küçəsində yerləşənikimərtəbəli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxilolub.

“Dərhal hadisə yerinə nazirliyin qüvvələri, o cümlədən DövlətYanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətininəməkdaşları cəlb edilib.

Mənzil sahiblərindən biri xəsarət alıb. Bundan başqa, altı nəfərbina sakini təhlükəsizlik məqsədilə sökülmə zonası və yaxınərazilərdən təxliyə olunub”.

FHN rəsmisi bildirib ki, yanğının söndürülməsi zamanı müəyyənçətinliklər yaranıb.

“Biina və dam örtüyü əsasən taxta konstruksiyalardan, həmçininqır, daş yunu və çardaq hissəsindən ibarət olduğuna görə alovunyayılması sürətlənib və söndürmə işləri mürəkkəbləşib.

Hazırda yanğın məhdudlaşdırılıb, alovun tam söndürülməsiistiqamətində tədbirlər davam etdirilir”.

Məqalədə:
Seçilən
47
1
az.trend.az

2Mənbələr