
Türkiyə höküməti LGBT haqında sərt qanun layihəsi hazırlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, cinsin dəyişdirilməsi əməliyyatı üçün yaş həddi 18-dən 25-ə qaldırılacaq; rəsmi tibbi komissiya hesabatlarında zərurətin ruhi sağlamlıq baxımından sənədləşdirilməsi tələb olunacaq.
Qaydaları pozaraq əməliyyat keçirənlər 3-7 il həbs və cərimə ilə üzləşəcəklər;
"Bioloji cinsə və ümumi əxlaqa zidd davranışı təşviq edən, tərifləyən və ya təbliğ edən" hərəkətlərə görə 1-3 il həbs cəzası tətbiq ediləcək;
İctimai nümayişkaranlığa görə cəza 1 ildən 3 ilə qədər artırılacaq;
Eyni cinsdən olanların nişan və ya nikah mərasimləri keçirmələrinə isə 1,5-4 il həbs cəzası nəzərdə tutulur.
Daşqın HəsənovMissiya.Az