AZ

Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib  

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda komitə sədri Əjdər Əliyev bildirib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri qeyd edib ki, qanun layihəsinə əsasən “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa təklif edilən dəyişikliklə həm Ali Məclis deputatlarının fəaliyyətinin təkmilləşdirilməsi, həm də qanunun müvafiq Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması nəzərdə tutulur.

İclasda layihə haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verib.

Gündəlikdə duran məsələ ilə bağlı müzakirələr aparıldıqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Seçilən
47
3
azerbaijan-news.az

10Mənbələr