Dinamika göstərir ki, ixrac azalmasının əsas səbəbi daxili istehsal problemləri deyil, qlobal enerji bazarındakı qiymət dəyişiklikləri və ixrac həcmlərindəki azalmadır. “Azeri Light” markalı neftin qiyməti yanvar ayında 65–66 dollar intervalında dəyişib. Büdcədə baza qiymətin 65 dollar götürüldüyü nəzərə alınarsa, qiymət kritik həddən aşağı deyil, lakin həcm azalması fiskal daxilolmalar baxımından risk yaradır.2024–2026-cı illərin yanvar göstəriciləri göstərir ki, ixrac həcmi dəyişsə də, enerji sektorunun payı yüksək olaraq qalır. 2025-ci ilin yanvarında enerji payı 85 faizdən yuxarı idi, 2026-cı ildə isə 88 faizə yüksəlib.Bu o deməkdir ki, ixrac azalarkən qeyri-neft sektorunun payı nisbi olaraq artsa belə, struktur üstünlüyü dəyişmir. Əksinə, ümumi ixrac azaldıqca enerji payı daha da konsentrasiya olunur.2026-cı ilin yanvarında qeyri-neft ixracı 268 milyon 388 min dollar olub. 2025-ci ilin eyni ayında bu göstərici 245 milyon dollar idi. Təxminən 9 faizlik artım qeydə alınıb.Aqrar məhsullar əsas payı tutur: tərəvəz və meyvə ixracı 79,6 milyon dollar, meşə fındığı 29,4 milyon dollar, xurma 22,3 milyon dollar, tomat 13,6 milyon dollar təşkil edib. Alma və şəkər ixracında da artım müşahidə olunur.
Lakin enerji payının 88 faiz olduğu şəraitdə qeyri-neft ixracının 12 faiz səviyyəsində qalması struktur şaxələndirmənin hələ ilkin mərhələdə olduğunu göstərir. Artım var, lakin sistemli transformasiya hələ görünmür.Makro sabitlik, vəziyyət kritik deyil, amma …2026-cı ilin yanvarında xarici ticarət balansında 933 milyon dollarlıq müsbət saldo qeydə alınıb. Bu göstərici 2025-ci ilin yanvarı ilə müqayisədə cüzi azalsa da, hələlik makroiqtisadi risk yaratmır.Bununla yanaşı, ölkənin strateji valyuta ehtiyatları 85 milyard dolları keçib. Bu, ixracdakı azalmanın qısamüddətli təsirlərini amortizasiya etmək üçün kifayət qədər güclü buferin mövcud olduğunu göstərir.Lakin risk indiki saldo səviyyəsində deyil, trenddədir. Enerji sektorunun yüksək payı səbəbindən qiymət və həcm dalğalanmaları davam edərsə, ixrac gəlirləri daha həssas olacaq. Orta müddətdə bu, həm cari əməliyyatlar balansına, həm də büdcə daxilolmalarına təzyiq yarada bilər.2025-2026 –cı ilin müqayisəsi göstərir ki, Azərbaycan ixracında enerji sektoru hələ də dominantdır. Qeyri-neft sahəsində artım müşahidə olunsa da, bu artım struktur balansı dəyişmək üçün kifayət deyil.İxracın dayanıqlı və balanslı modelə keçməsi üçün qeyri-neft sektorunda əlavə dəyər yaradan istehsalın sistemli şəkildə genişləndirilməsi zəruridir.Gülbəniz Hüseynli / Kredit.az-ın redaktoru