AZ

ABŞ-nin büdcə kəsiri 2 trilyona çatacaq

Konqresin Büdcə İdarəsi (CBO) 30 sentyabrda başa çatacaq 2026-cı maliyyə ilində ABŞ büdcə kəsirinin bir qədər artaraq 1,853 trilyon dollara və ya ÜDM-in 5,8%-nə çatacağını proqnozlaşdırır.

"Yeni Sabah" xəbər verir ki, 2025-ci maliyyə ilinin sonuna qədər kəsir 2,3% azalaraq 1,775 trilyon dollara (həmçinin ÜDM-in 5,8%-nə) düşüb.

CBO kəsirin ÜDM-ə nisbətinin növbəti on ildə orta hesabla 6,1% olacağını və 2036-cı maliyyə ilində 6,7%-ə çatacağını gözləyir.

ABŞ-nin 2036-cı maliyyə ilində dövlət borcu əvvəlki maliyyə ilində 30,172 trilyon dollar (ÜDM-in 99%-i) ilə müqayisədə 56,152 trilyon dollara (ÜDM-in 120%-i) çatacaq. Bundan əlavə, 2030-cu ilə qədər borc səviyyəsi ÜDM-in 108%-nə yüksələcək və II Dünya Müharibəsinin bitməsindən sonra 1946-cı ildə müəyyən edilmiş ÜDM-in 106%-lik rekordunu üstələyəcək.

ABŞ hökuməti 2020-ci maliyyə ilində rekord həddə - 3,1 trilyon dollar büdcə kəsiri ilə üzləşib. Büdcə profisitinə sonuncu dəfə 2001-ci maliyyə ilində nail olunub.

Agentliyin proqnozuna görə, ABŞ iqtisadiyyatı 2026-cı təqvim ilində 2,2% genişlənəcək və növbəti on il ərzində illik artım təxminən 1,8% olacaq.

ÜDM artımının 2035-ci ildə 1,8%, 2045-ci ildə 1,5% və 2055-ci ildə 1,4% olacağı proqnozlaşdırılır.

İnflyasiyanın (PCE indeksi) bu il 2,7%, 2027-ci ildə 2,3% və 2028 və 2029-cu illərdə 2,1% olacağı gözlənilir. Daha sonra o, Federal Ehtiyat Sisteminin hədəf səviyyəsi olan 2%-ə düşəcək və nəzərdən keçirilən dövrün qalan hissəsində orada qalacaq.

On illik xəzinə istiqrazları üzrə faiz dərəcələri 2026-cı ildə orta hesabla 4,1%, 2027-2030-cu illərdə 4,3%, daha sonra isə 4,4%-ə yüksələcək.


Telegram kanalımız
Seçilən
83
1
yenisabah.az

2Mənbələr