AZ

Zirə onu Rusiya klubuna icarəyə verdi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Zirə" onu Rusiya klubuna icarəyə verdi

“Zirə” futbolçusu Yeqor Boqomolskini icarəyə verib.

QOL.az-ın məlumatına görə, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi Rusiyanın “Ural” klubunda çıxış edəcək.

Qeyd edək ki, Y.Boqomolski ötən ildən "Zirə"nin formasını geyinir.

Ruslar da açıqlama yaydı

"Ural"ın mətbuat xidməti də açıqlama yayaraq, Yeqor Boqomolskinin cari mövsümün sonuna qədər “arılarda” icarə əsasında çıxış edəcəyini bildirib.

“Yegor 3 iyun 2000-ci ildə Minskdə anadan olub. 2019-cu ilin aprelində Minsk “Dinamo”sunun əsas komandasında “Torpedo” ilə derbidə debüt edib, daha sonra “Dinamo-Brest”, “Rux”, “Minsk”, “Neftçi” klublarında oynayıb. Hücumçu cari mövsümün ilk hissəsini “Zirə”də keçirib.

Yeni üzvümüzün milli komanda təcrübəsi də var — Belarus millisinin heyətində o, altı oyun keçirib”, — deyə “Ural”ın mətbuat xidməti qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
15
qol.az

10Mənbələr