AZ

"Real" "Liverpul"un ulduzu ilə anlaşdı - 30 milyon avro və Kamavinqanı verəcək

2025-ci ilin yayında Trent Aleksandr-Arnoldu "Liverpul"dan transfer edən "Real Madrid" İngiltərə nəhənginin daha bir ulduzunu heyətinə qatmağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb. 

Mənbənin məlumatına görə, "kral klubu" Macarıstan millisinin yarımmüdafiəçisi Dominik Soboslai ilə razılığa gəlib. O, "Real"ın həftəlik 350 min sterlinq dəyərində sözləşmə təklifini qəbul etdiyi bildirilir. İspanların "Liverpul"la 2028-ci ilə qədər müqaviləsi qüvvədə olan macara görə qarşı tərəfə etdiyi təklifin detalları da bəllidir. "Real"ın Soboslaiyə görə yarımmüdafiəçisi Eduardo Kamavinqa və əlavə olaraq 30 milyon avro təklif etdiyi bildirilir. "Qırmızılar"ın yekun cavabının necə olduğu hələ məlum deyil.

Soboslai İngiltərə nəhənginə 2023-cü ildə "Leyptsiq"dən transfer olunub. Cari mövsüm bütün turnirlərdə 34 matça çıxan orta xətt oyunçusu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 85 milyon avro ilə dəyərləndirir. 

Seçilən
54
1
fanat.az

2Mənbələr