AZ

"İnter"də Çalhanoğlu müəmması: Hansı addımı atacaq?

"İnter"gələn ay yarımmüdafiəçi Hakan Çalhanoğlunun meneceri ilə görüşərək onun müqaviləsinin uzadılmasını müzakirə etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

Türkiyəli futbolçunun hazırkı müqaviləsi gələn il başa çatır. Milan təmsilçisi onunla 2028-ci ilə qədər yeni müqavilə imzalamaq, həmçinin sözləşməni əlavə bir il uzatma üstünlüyü əldə etmək istəyir.

Avropa və Səudiyyə Ərəbistanından olan klublar Çalhanoğlunun vəziyyətini diqqətlə izləyir və "İnter" onunla razılığa gələ bilməsə, transfer üçün addım ata bilərlər.

"Qalatasaray" da futbolçunu yayda vətəninə qaytarmaq istəyir. Komandanın baş məşqçisi Okan Buruk bu marağı təsdiqləyib.

Seçilən
46
publika.az

1Mənbələr