İranın ali rəhbəri ABŞ-nin nüvə proqramı ilə bağlı danışıqların nəticəsini əvvəlcədən müəyyənləşdirməyə çalışmasını kəskin tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, Vaşinqtonun danışıqlar prosesinə əvvəlcədən şərt qoyması qəbuledilməzdir.
“Onlar deyirlər ki, gəlin sizin nüvə proqramınızla bağlı danışıqlar aparaq və bu danışıqların nəticəsi elə olsun ki, siz bu enerjiyə sahib olmayasınız. Əgər danışıqlar həqiqətən baş tutacaqsa, burada əvvəlcədən müəyyən edilmiş nəticəyə yer yoxdur. Danışıqlar keçirilirsə, onun nəticəsini əvvəlcədən müəyyənləşdirmək səhvdir”.
“Sən deyirsən ki, gəlin müəyyən mövzunu müzakirə edək və razılaşmaya gələk, amma niyə əvvəlcədən nəticəni müəyyənləşdirirsən ki, biz mütləq bu razılaşmaya gəlməliyik? Bu, axmaqlıqdır. ABŞ prezidentləri, bəzi senatorlar və digər rəhbərlər belə axmaq yanaşma nümayiş etdirirlər”, – deyə o vurğulayıb.
İranın ali rəhbəri bu fikirləri Şərqi Azərbaycan vilayətinin sakinləri ilə görüşü zamanı səsləndirib.
Aliyə
NOCOMMENT.az