AZ

Telegram tamamilə BAĞLANIR

Ajans.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb. İctimai səhifənin iddiasına görə, Roskomnadzor (RKN) həmin tarixdən etibarən messencerin Instagram və Facebook-a bənzər şəkildə tam bloklanmasına başlayacaq. Məlumata əsasən, məhdudiyyətlər bütün Rusiya ərazisində tətbiq ediləcək. Bildirilir ki, tətbiq nə mobil şəbəkələr, nə də sabit internet vasitəsilə əlçatan olacaq. Telegram-ın 1 aprel tarixindən etibarən bloklanacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirilməsi üçün müraciət edildikdə, Roskomnadzor “əlavə edəcək bir sözünün olmadığını” açıqlayıb. Qurumun mətbuat xidməti RBC-yə də bildirib ki, “agentliyin bu məsələ ilə bağlı əvvəllər dərc olunmuş məlumata əlavə edəcək bir şeyi yoxdur”.

 

Seçilən
11
8
Ajans.az

9Mənbələr