“Neftçi”nin hücumçusu Vensan Abubakarın komandadakı taleyinə aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, adı davamlı transfer gündəmində yer alan hücumçu “ağ-qaralar”dan getməyəcək. Kamerunlu forvard azı mövsüm sonuna qədər “Neftçi”də qalacaq.
Daha öncə Qazaxıstanın “Aktobe” klubunun “Neftçi”nin hücumçusu Vensan Abubakarı transfer etmək istəməsi haqda çıxan xəbərlərin doğru olmadığı bəlli olub.
Xatırladaq ki, 34 yaşlı hücumçunun “Neftçi” ilə bu mövsümün sonuna qədər müqaviləsi var.