Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanda qeydiyyatsız yaşayış evlərinin sənədləşdirilməsi prosesini sürətləndirəcək mühüm yenilik tətbiq olunur. Yeni qaydalara əsasən, mülkiyyət hüquqlarının tanınması zamanı yaranan texniki maneələr daha qısa müddətdə aradan qaldırılacaq. Xüsusilə torpağın kateqoriyası ilə mövcud məlumatlar arasında uyğunsuzluq aşkar edildikdə, məsələnin araşdırılması üçün cəmi 15 iş günü vaxt ayrılacaq.Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, keçmişdə yalnız prosedur qaydaları qanuna tənzim olunurdu, konkret prosedur mövcud deyildi. İndi isə texniki inventarlaşma şöbəsi tərəfindən obyektlərə baxış keçirilir:"Alqı-satqıdan sonra, məsələn, torpağın yerləşməsi və koordinatları yoxlanılır. Torpağın üzərində hər hansı bir tikinti və ya əlavələr varsa, onlar qeydiyyata alınır. Ümumiyyətlə, həmin əmlakın orada olub-olmaması, dağılması və ya məhv olması da bu proseslərdə nəzərdən keçirilir".Ekspert bildirib ki, burada əsas məqsəd, müəyyən reyestrdə əmlakların düzgün yerləşməsini təmin etməkdir. "Uyğunsuzluqlar bu proses zamanı aşkarlanır və əsas məqsəd məhz budur. Qeydiyyatsız evlərin bu prosesə daxil edilməsi üçün heç bir əsas yoxdur. Tək-tək hallarda belə hallar ortaya çıxa bilər; məsələn, vətəndaş vaxtı təyinatına uyğun torpağın üzərində hər hansı bir tikinti aparıb, onu qeydiyyatdan keçiribsə və sənədləşmə prosesi hələ tamamlanmayıbsa, yalnız həmin hallara şamil edilə bilər" - Elnur Azadov qeyd edib. Bu dəyişiklik vətəndaşların illərdir həllini gözləyən mülkiyyət problemlərinin hüquqi müstəvidə daha asan və şəffaf həllinə şərait yaradır. Əvvəllər bu cür uyğunsuzluqlar sənədləşmə prosesini aylarla ləngidirdisə, artıq konkret zaman çərçivəsi müəyyən edilib. Bu müddət ərzində aidiyyəti qurumlar araşdırma apararaq çıxarışın ("kupça") verilməsi üçün maneələri aradan qaldırmalıdırlar.Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.