AZ

Deputat şikayətləri göndərdi: “Azərişıq” hərəkətə keçdi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

““Azərişıq” abunəçilərlə birbaşa işləyən dövlət qurumudur və belə qurumlarda müəyyən problemlərin, narazılıqların yaranması təbiidir. 

Burada əsas məsələ problemin olub-olmaması yox, rəhbərliyin və məsul şəxslərin bu şikayətlərə hansı münasibəti göstərməsidir. Son vaxtlar mənə sabit ödənişlərlə və digər texniki məsələlərlə bağlı onlarla müraciətlər daxil olmuşdu. 

Açığı, göndərdiyim müraciətlərə bu qədər operativ reaksiya veriləcəyini gözləmirdim. Dünən müraciət etdim, elə həmin gün də 54 abonentin ünvanına gedilib, vətəndaşlarla yerində görüşülüb, izahatlar verilib və haqlı olan şikayətlər dərhal həll olunub”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

“Məni sevindirən məqamlardan biri də prosesə rəhbərlik səviyyəsində ciddi nəzarətin olması oldu. Gün ərzində “Azərişıq” rəhbəri Vüqar Əhmədov şəxsən mənimlə bir neçə dəfə əlaqə saxladı, görülən işlər barədə danışdıq və hər bir müraciətin nəticəsi ilə maraqlandı. 

Bu, sadəcə texniki problemə reaksiya deyil, vətəndaşa və deputat sorğusuna verilən dəyərin göstəricisidir. Bu cür yanaşmanı görəndə anlayırsan ki, dövlət əxlaqı kağız üzərində qalan anlayış yox, real davranış olmalıdır. Bu gün Vüqar müəllimlə görüşüb məsələləri ətraflı müzakirə etdik. 

Eyni zamanda, birbaşa şikayətçilərlə görüşən, vətəndaşı dinləyən, haqlı tələbləri yerindəcə həll edən və digər hallarla bağlı izahat işi aparan məsul şəxslərlə də söhbət etdik. Bu praktika həm vətəndaş məmnuniyyətini artırır, həm də dövlət qurumlarına olan inamı gücləndirir”,-deyə o bildirib. 

Deputatın sözlərinə görə, təəssüf ki, bütün dövlət qurumlarında deputat müraciətlərinə belə operativ və həssas yanaşma hər zaman müşahidə olunmur:

“Halbuki deputat bəzən sistemin içindən görünməyən problemləri birbaşa vətəndaşdan eşidir və aidiyyəti qurumlara çatdırır. Bu, kimisə tənqid etmək yox, dövlət xidmətlərinin daha yaxşı işləməsinə töhfə vermək məqsədi daşıyır. 

Hamımızın ümumi məqsədi şikayətlərin sayını azaltmaq, dövlət xidmətlərinin keyfiyyətini yüksəltmək və vətəndaşın haqlı gözləntilərinə sahib çıxmaq olmalıdır. Dövlət qurumlarının operativliyi, məsuliyyəti və açıq ünsiyyəti bu yolda ən vacib amillərdəndir. Bu yanaşmaya görə “Azərişıq” rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”.

“Cebheinfo.az”

Açar sözlər:

Razi Nurullayev “Azərişıq”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
1
cebheinfo.az

2Mənbələr