AZ

Azərbaycanda nəticə əsaslı büdcə sistemi hələ tam formalaşmayıb - Hesablama Palatası

Bakı. Trend:

Azərbaycanda Orta Müddətli Xərclər Çərçivəsinin (OMXÇ) və nəticəəsaslı büdcə mexanizminin tətbiqi davam etsə də, bu sisteminstitusional baxımdan hələ tam formalaşmayıb.

Trend bubarədə Hesablama Palatasının 2025-ci il üzrə “Dövlət auditi”jurnalına istinadən xəbər verir.

Məlumata görə, hazırda ölkədə iki paralel büdcə planlaşdırmamodeli fəaliyyət göstərir. Bunlardan biri “Büdcə sistemi haqqında”Qanunla tənzimlənən sifariş əsaslı büdcə, digəri isə OMXÇqaydalarına əsaslanan nəticə əsaslı büdcə modelidir. Bildirilib ki,bu paralellik isə büdcə prosesində vahid və ardıcıl yanaşmanınformalaşmasını çətinləşdirir.

Hesablama Palatasının qiymətləndirməsinə əsasən, stratejisənədlərdə müəyyən edilmiş məqsədlərlə büdcə xərclərininplanlaşdırılması arasında inteqrasiya zəifdir. Eyni zamanda, nəticəgöstəriciləri (indikatorlar) üzrə metodoloji çərçivə tamformalaşmadığından, nəticəyönümlü büdcə mexanizminin effektivtətbiqi məhdudlaşır.

Palata vurğulayır ki, fiskal intizamın təmin olunması dövlətmaliyyəsinin idarə edilməsində büdcənin tərtibi mərhələsindənbaşlayaraq icra və hesabatlılıq mərhələlərinədək bütün proseslərdəfiskal məsuliyyətliliyin gücləndirilməsini tələb edir. Fiskalməsuliyyətlilik Ali Audit Orqanlarının əsas missiyası hesab olunurvə Azərbaycanda bu funksiyanı Hesablama Palatası həyatakeçirir.

Qeyd olunub ki, fiskal intizamın ilkin şərti dövlət maliyyəsinənəzarət üçün müvafiq institutların və tənzimləmə mexanizmlərininyaradılmasıdır. Bu çərçivədə makro-fiskal səviyyədə büdcəqaydalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Fiskal qaydalartəkcə kəmiyyət göstəricilərini deyil, eyni zamanda prosedurxarakterli yanaşmaları da əhatə edir.

Bu baxımdan, büdcə proseslərinin əsasını təşkil edənplanlaşdırma mərhələsində OMXÇ və Fəaliyyət Büdcəsi, yaxud NəticəƏsaslı Büdcə institutlarının tətbiqi dövlət vəsaitlərinin dahaqənaətli, səmərəli və nəticəyönümlü istifadəsi üçün əsas şərtlərdənbiri kimi qiymətləndirilir. Hesablama Palatası Ali Audit Orqanıolaraq bu institutların ölkədə tətbiqinin aktiv təşəbbüskarı kimiçıxış edir.

Eyni zamanda bildirilib ki, nəticə əsaslı büdcə sisteminineffektiv işləməsi səmərəlilik (performans) auditinin rolunu daha daartırır. Bu audit növü proqramların, layihələrin, fəaliyyətlərin,idarəetmə və informasiya sistemlərinin qənaətliliyini,səmərəliliyini və nəticəliliyini qiymətləndirməyə imkan verir.Hazırda dünyanın əksər ölkələrində Ali Audit Orqanları tərəfindəntətbiq edilən performans auditinə dair ümumi metodoloji yanaşmalaroxşar olsa da, ayrı-ayrı ölkə və təşkilatlarda bu auditin tətbiqformaları fərqlənir.

Hesablama Palatasının qənaətinə görə, OMXÇ və nəticə əsaslıbüdcə institutlarının tam formalaşması fiskal risklərinazaldılmasına, büdcə xərclərinin effektivliyinin artırılmasına vədövlət maliyyə idarəçiliyində şəffaflığın gücləndirilməsinə mühümtöhfə verə bilər.

Seçilən
102
az.trend.az

1Mənbələr