AZ

İrandan ABŞ-a xəbərdarlıq: Elə bir şillə yeyə bilər ki, yerindən qalxa bilməz Elə bir şillə yeyə bilər ki, yerindən qalxa bilməz

İrandan ABŞ-a xəbərdarlıq: Elə bir şillə yeyə bilər ki, yerindən qalxa bilməz Elə bir şillə yeyə bilər ki, yerindən qalxa bilməz

ABŞ Prezidenti Donald Trampın "Ordumuz dünyanın ən güclü ordusudur" sözlərini xatırladan İranın ali rəhbəri Əli Xamenei "Dünyanın ən güclü ordusu belə, bəzən elə bir şillə yeyə bilər ki, bir daha yerindən qalxmaya bilər" deyib.

İranın dini lideri Əli Xamenei Cenevrədə İran və ABŞ nümayəndə heyətlərinin ikinci tur danışıqlara başladığı saatlarda Tehrandakı iqamətgahında xalqa müraciət edib.

Xamenei çıxışında "ABŞ Prezidenti son çıxışlarından birində 'Amerika 47 ildir İslam Respublikasını aradan qaldıra bilməyib' deyib. Sanki öz xalqına şikayət edir. Bu, yaxşı etirafdır. Mən də deyirəm ki, sən də bunu bacarmayacaqsan" deyə qeyd edib.

ABŞ-ın hərbi gücü ilə bağlı iddialarına toxunan Xamenei "Dünyanın ən güclü ordusu belə, bəzən elə bir şillə yeyə bilər ki, yerindən qalxmaya bilər. Təyyarədaşıyan gəmidən daha təhlükəli olan şey, onu dənizin dibinə göndərə biləcək silahdır", — deyə xəbərdarlıq edib.

ABŞ-ın danışıqların nəticəsini bəri başdan müəyyən etdiyini bildirən Xamenei sözlərinə belə davam edib:

"Deyirlər ki, gəlin nüvə enerjiniz barədə danışıqlar aparaq və bu danışıqların nəticəsi sizin bu enerjiyə sahib olmamağınız olsun. Danışıqların nəticəsini əvvəlcədən müəyyən etmək yanlış və axmaqca bir işdir. Sən deyirsən ki, gəl bu mövzu ətrafında danışaq, razılığa gələk; onda niyə nəticəni öncədən müəyyən edirsən və mütləq bu nəticəyə çatmalıyıq deyirsən? Bu, axmaqlıqdır. ABŞ prezidentləri, bəzi senatorlar və digər rəsmilər bu axmaq işlə məşğul olurlar".

Qeyd edək ki, İran və ABŞ arasında Ommanın vasitəçiliyi ilə keçirilən nüvə danışıqlarının ikinci turu İsveçrənin Cenevrə şəhərində başlayıb.

Seçilən
108
afn.az

1Mənbələr