AZ

Gədəbəy rayonu üzrə kənd təsərrüfatı haqqında məlumat » AzadMedia.az


Gədəbəy Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 273605,6 min manat təşkil etmişdir ki, onun da 127284,8 min manatı heyvandarlıq, 146320,8 min manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu müqayisəli qiymətlərlə 8,1 faiz artmışdır.

Bitkiçilik

2025-ci ildə 3661,9 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmiş və 11170,6 ton məhsul yığılmışdır. Hər hektar üçün məhsuldarlıq 30,5 sentner təşkil etmişdir. 2025-ci ilin məhsulu üçün 2618,2 hektar buğda sahəsindən 8430,2 ton, 970,0 hektar arpa sahəsindən 2476,0 ton və 27,7 hektar vələmir sahəsindən 80,3 ton məhsul toplanmışdır. Hər hektar üzrə məhsuldarlıq buğda 32,2 sentner, arpa 25,5 sentner və vələmir 29,0 sentner təşkil etmişdir.

2025-ci ilin məhsulu üçün 1128,3 hektar sahədə tərəvəz bitkiləri əkilmiş, həmin sahədən 19650,0 ton məhsul yığılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6074,8 ton çox olmuşdur. Tərəvəz bitkilərinin hər hektar üzrə məhsuldarlığı 172,5 sentner təşkil etmişdir. Kartof bitkisi üzrə 8680,3 hektar əkin sahəsindən 117180,0 ton məhsul yığılmış və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11578,5 ton və ya faktiki qiymətlərlə 10,9 faiz çox olmuşdur. Kartofun hər hektar üçün məhsuldarlığı 133,0 sentner təşkil etmişdir.

Cəmi yemlik bitkilər 62,3 hektar sahədə əkilmiş və 248,0 ton məhsul yığılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 118,1 ton və ya faktiki qiymətlərlə 90,9 faiz çox olmuşdur. Məhsuldarlıq isə hər hektar üçün 40,0 sentner təşkil etmişdir.

Bağlar və giləmeyvələr üzrə 3720,5 hektar əkin sahəsindən, 3710,8 hektarı bar verən yaşda olmuş və 26661,1 ton məhsul yığılmış, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,3 ton və ya faktiki qiymətlərlə 0,1 faiz çox məhsul yığılmışdır. Hər hektar üçün məhsuldarlıq isə 83,0 sentner təşkil etmişdir. Üzümlüklərin əkin sahəsi 9 hektar olmuş, ondan 189,0 ton məhsul yığılmış və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 ton və ya faktiki qiymətlərlə 2,5 faiz çox məhsul yığılmışdır. Hər hektar üçün məhsuldarlıq 210,0 sentner təşkil etmişdir.

Gədəbəy rayonunda 2026-cı ilin məhsulu üçün 2804,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış ərazilərin əsasını dən üçün payızlıq bitkilər təşkil edir. Dən üçün payızlıq bitkilərin 2746,2 hektarına buğda, 58,0 hektarına isə payızlıq arpa səpilmiş və 671,0 hektar sahədə dondurma şumu aparılmışdır.

Heyvandarlıq

2025-ci ildə quş əti də daxil olmaqla diri çəkidə 70184,0 sentner ət, 486340,0 sentner süd, 9671,0 min ədəd yumurta və fiziki çəkidə 5574,0 sentner yun istehsal edilmişdir. 2024-cü illə müqayisədə yumurta istehsalı 0,2 faiz, yun istehsalı 0,5 faiz, ət istehsalı 0,5 faiz, süd istehsalı isə 0,3 faiz artmışdır.
2026-cı il yanvarın 1-i vəziyyətinə 41246 baş iribuynuzlu mal-qara (ondan 20118 baş inək və camış), 212797 baş qoyun və keçi, 88 baş donuz mövcud olmuşdur. İri-buynuzlu mal-qaranın 48,8 faizini inək və camışlar təşkil edir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 119 baş (0,3 faiz), ondan inək və camışların sayı 92 baş (0,5 faiz), qoyun və keçilərin sayı 164 baş (0,1 faiz), donuzların sayı isə 14 baş (18,9 faiz) artmışdır.







Gədəbəy Rayon Statistika İdarəsi
Seçilən
32
1
azadmedia.az

2Mənbələr