ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Azərbaycan Dəmir Yolları sərnişinlər üçün yeni rahatlıq imkanını xatırladıb. Demokrat.az xəbər verir ki, məlumata görə, Abşeron dairəvi marşrutu ilə səfər etmək üçün bileti başqa şəxs adına almaq mümkündür.Bunun üçün sərnişin “ADY Mobile” tətbiqində Abşeron dairəvi marşrutu üzrə səfər bileti almalı, daha sonra “Biletlərim” bölməsinə daxil olaraq həmin bileti seçməlidir. “Detallara bax” hissəsindən bileti istədiyi şəxsə göndərmək mümkündür.Bileti qəbul edən şəxs göndərilən QR kodu turniketdə oxudaraq səfərinə rahat və təhlükəsiz şəkildə başlaya bilər.Qeyd edilib ki, tətbiq vasitəsilə bu marşrut üzrə eyni vaxtda maksimum 10 bilet almaq mümkündür.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.