"ADY Mobile" tətbiqində Abşeron dairəvi marşrutu üzrə alınan biletlərin başqa şəxslərə göndərilməsi mümkündür.
Milli.Az xəbər verir ki, istifadəçi səfər bileti əldə etdikdən sonra "Biletlərim" bölməsinə daxil olaraq müvafiq bileti seçir və "Detallara bax" hissəsi vasitəsilə onu istədiyi şəxsə yönləndirə bilir.
Bileti qəbul edən şəxs təqdim olunan QR kodu turniketdə oxudaraq səfərə başlaya bilər. Bu üsul həm rahat, həm də təhlükəsiz səyahət imkanı yaradır.
Qeyd edək ki, tətbiq üzərindən Abşeron dairəvi marşrutu üzrə eyni vaxtda maksimum 10 bilet almaq mümkündür.
Asya
Milli.Az