AZ

Taleh Quliyev vəzifəsindən ayrıldı

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.

 

Pravda.az xəbər verir ki, o bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.

 

Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.

 

Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında şuranın kommunikasiya sektorunun müdiri təyin edilmişdi.

 

O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də çalışıb.

Tarix: 17 Fevral 2026, 16:54   
Seçilən
55
12
pravda.az

10Mənbələr