AZ

Həyatı Dəyişəcək 5 BÜRC

Yazını böyüt
Yazını kiçilt

2026-cı ilin ilk Günəş tutulması 17 fevral çərşənbə axşamı saat 19:46-da baş verəcək. Həlqəvi tutulma səmada od halqası yaradacaq. Astroloqların fikrincə, bu hadisə bəzi bürclərin həyatında mühüm dəyişikliklər yarada bilər.

Hafta.az həyatı dəyişəcək 5 bürcü təqdim edir.

Əqrəb

Əqrəblər üçün tutulma transformasiya qapısıdır. 17 fevral tutulması onların daxili qorxularını geridə qoymasına imkan verəcək. Uzun müddətdir daşıdıqları yük yüngülləşə bilər. Xüsusilə maliyyə, tərəfdaşlıq və emosional sahələrdə güclənmə olacaq. Nəzarət ehtiyacından imtina etdikcə, əqrəblər özlərini daha güclü hiss edəcək. Bu tutulma onlara “güc artıq sizin içinizdədir” mesajını verir.

Şir

Günəş tutulmaları Şirlər üçün diqqətəlayiqdir. Çünki onların hakim planeti Günəşdir. Bu tutulma Şirlərin özünəinamını bərpa edir. Daxilən “hazıram” hissini yaradır və onlar sosial dairələrdə daha çox görünə bilər. 

Oğlaq

Oğlaqlar üçün tutulma strategiya yeniləməsi rolunu oynayır. Uzunmüddətli planlarda yeni istiqamət müəyyən edilə, həyatlarında bəzi məsuliyyətlərdə dəyişiklik hiss oluna bilər. Xüsusilə karyera və status sahələrində səlahiyyət artır. 

Buğa

Karyera və ailə sahəsində baş verən bu tutulma sizi rahatlıq zonanızdan çıxmağa və məsuliyyətlərinizi yenidən bölüşdürməyə məcbur edəcək. Düzgün addımlar atsanız, növbəti 40 gündə möcüzələr sizin olacaq.

Qoç

Qoç üçün bu tutulma enerjinin yenilənməsi kimidir. Son zamanlar yorğun və ruhdan düşmüş vəziyyətdə olan Qoçlar 17 fevraldan sonra yenidən aktivləşəcəklər. Onların rəqabət ruhu və liderlik enerjisi yüksəlir. Bu dövr xüsusilə karyera və şəxsi məqsədlərdə aydınlıq gətirə bilər. Qoçlar artıq qərarsız olduqları məsələlərdə geri çəkilməyəcəklər.  

Seçilən
46
hafta.az

1Mənbələr