AZ

"Elə bir şillə vurular ki, yerindən tərpənə bilməz" - Xamenei

İranın ali lideri Əli Xamenei ABŞ-ın təhdidlərinə cavab olaraq sərt bəyanatlar verib. O, ən güclü ordunun belə sarsıdıcı məğlubiyyətə uğraya biləcəyini vurğulayıb.

Publika.az xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti məlumat yayıb.

"Bəzən dünyanın ən güclü ordusunun üzünə elə bir şillə vurula bilər ki, o, yerindən tərpənə bilməz. Onlar daim İrana gəmi göndərməkdən danışırlar. Əlbəttə ki, donanma təhlükəlidir, amma daha təhlükəlisi həmin gəmini dənizin dibinə göndərə biləcək silahdır", - Xamenei deyib.

O, həmçinin ABŞ prezidenti Donald Trampın İranı məhv etməkdə uğur qazana bilməyəcəyini bildirib.

Seçilən
56
publika.az

1Mənbələr