AZ

Partlamış su borusuna çüy vurdular: Unikal texnologiya VİDEO

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda su xəttində baş vermiş qəzanın primitiv üsulla - çüy vurmaqla aradan qaldırılması cəhdi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər paylaşılıb.

Paylaşımlarda qeyd olunub ki, müasir texnologiyaların inkişaf etdiyi dövrdə, müvafiq qurum tərəfindən hər il xeyli xamıt alınmasına rəğmən su xəttinin bu cür üsulla təmir edilməsinə cəhd göstərilməsi anlaşılan deyil və suallar doğurur.

Partlamış su borusuna çüy vurdular: "Unikal" texnologiya - VİDEO

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, boruda baş vermiş qəza nəticəsində yaranan axıntının ilkin mərhələdə qarşısının alınması məqsədilə həmin hissə taxta parçası (çüy) ilə qapadılır.

"Bu tədbir nəticəsində su təchizatının dayandırılmasına ehtiyac qalmır. Eyni zamanda, paralel şəkildə axıntının yaranma səbəbləri araşdırılır və istismar qaydalarına uyğun olaraq müvafiq təmir-bərpa işləri həyata keçirilir", - deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
92
2
oxu.az

3Mənbələr