AZ

““Pul ver təbliğ edək” yanaşması artıq iflas edib” Rasim Qaracadan Çingiz Abdullayevə CAVAB

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rasim Qaraca: “Bu fəlsəfənin daşıyıcıları var olduqca nə ədəbiyyat, nə də dil inkişaf edəcək”

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkədə Azərbaycan ədəbiyyatı və dilinin təbliği üçün maliyyə çatışmazlığı ilə bağlı diqqətçəkən paylaşım edib. O, artıq iki ildir bu istiqamətdə vəsait üçün müraciət etdiklərini və bunun mədəniyyət adına acınacaqlı vəziyyət yaratdığını vurğulayıb.

Yazıçı həmçinin mənimsənilmiş vəsaitlərin cüzi bir hissəsinin mədəniyyətin təbliğinə ayrılmasının vacibliyini qeyd edib. Bu paylaşım sosial mediada geniş müzakirələrə və müxtəlif ictimai reaksiyalara səbəb olub. 

Dövlət ədəbiyyatın və dilin daha effektiv təbliği üçün hansı addımları atmalıdır? Mədəniyyət sahəsinə ayrılan vəsaitlərin şəffaf və səmərəli istifadəsi necə təmin edilməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında yazıçı Rasim Qaraca deyib ki, Azərbaycan Respublikasının mədəniyyət siyasəti artıq yenidən qurulmaqdadır: “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. Bu konsepsiya bizdə hələ də hakim olan Sovet mədəni idarəçilik prinsiplərini sıradan çıxartmaqdadır. Azərbaycan ədəbiyyatı və dilini təbliğ etmək üçün dövlətdən pul istəmək elan edilmiş olan yeni Mədəniyyət Konsepsiyası ilə ziddiyyət təşkil etməkdədir. Bu cür təbliğ etmələr adətən kağız üzərində olur və hər hansı funksional əhəmiyyət daşımır. "Pul ver - təbliğ edək" - planlı sovet təsərrüfat sistemi həmin bu yanaşmaya görə iflas etdi. Köhnə sistemin fəlsəfəsi və bu fəlsəfənin daşıyıcıları var olduqca nə ədəbiyyat, nə də dil inkişaf edəcək”.

Oğuz Ayvaz 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
azpolitika.info

1Mənbələr