AZ

Mikayıl Cabbarov Anna Bordonla görüşdü

İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən “Cebheinfo.az”-a verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri və bu istiqamətdə həyata keçirilən islahatlar barədə məlumat verilib.

Ölkənin makroiqtisadi sabitliyi, sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq enerji, rəqəmsallaşma, vergi, sənaye və digər istiqamətlərdə həyata keçirilən tədbirlər, qabaqcıl təcrübələrin tətbiqi nəticəsində əldə olunmuş irəliləyişlər qeyd olunub.

Tərəflər əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

Seçilən
25
cebheinfo.az

1Mənbələr