AZ

Qar fırtınası Çukotkanı bu vəziyyətə salıb VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiyanın Uzaq Şərqdəki Çukotka muxtar diyarında güclü qar fırtınası baş verib. Külək evlərin damlarını və reklam konstruksiyalarını uçurub.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasına açıqlama verən bölgənin rəhbəri Sergey Spitsının sözlərinə görə, Anadırda küləyin sürəti 40 m/s-yə çatır.

Güclü qar fırtınası həyatı iflic edib. Fırtına insanları yerə yıxır, damları uçurur və yerli hakimiyyət orqanlarını təcili tədbirlər görməyə məcbur edir.

Spitsın özünün Telegram kanalında yazıb: "Güclü külək saniyədə 40 metrə çatıb. Bu gün uzun müddət ərzində ilk dəfədir ki, belə güclü qar fırtınasına məruz qalırıq. Fırtına ciddi ziyana səbəb olub. Güclü külək bir neçə binanın damlarını uçurub”.

Şiddətli hava ictimai nəqliyyatı tamamilə iflic edib. 17 fevral səhərindən etibarən bütün şəhər avtobusları dayandırılıb. Dəniz limanı da bağlanıb. Məktəblərdə isə dərslər ləğv edilib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
azpolitika.info

1Mənbələr