AZ

Ançelotti Braziliya karnavalının ulduzuna çevrildi: Qalmaqaldan canını belə qurtardı

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti ölkədə keçirilən ənənəvi karnavalın gözlənilməz ulduzlarından birinə çevrilib.

Publika.az xəbər verir ki, italiyalı mütəxəssis bir neçə şəhəri ziyarət edib, fan-zonada yığmanın forması ilə görünüb və hətta əfsanəvi Ronaldo ilə fotolar çəkdirib. Bu görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Lakin bir şəkil xüsusi rezonans yaradıb. İnternetdə yayılan fotoda məşqçinin üç qızı eyni anda öpdüyü görünür. İstifadəçilər hətta bunu ailə qalmaqalı kimi zarafat mövzusuna çeviriblər.

Daha sonra məlum olub ki, həmin şəkil süni intellekt vasitəsilə yaradılıb. Əslində Ançelotti karnavala həyat yoldaşı ilə birlikdə gedib və viral şəkil saxta olub.

Publika.az

Seçilən
34
publika.az

1Mənbələr