Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Biz nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalıyıq".
Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, reallıq budur ki, rəqibin bəzi oyunçularının ustalığı bizim planlarımızı pozur":
"Sabahkı oyunda, hətta məğlub olsaq belə, azarkeşlərimizin oyundan zövq almağını istəyirəm. Komandanı oyuna hazır etməyə maksimum çalışırıq. Biz bu gün bütün diqqətimizi bu oyuna yönəltmişik. Kənardan oyunçularımı analiz edəndə yaxşı hazırlaşdıqlarını görürəm. Komanda, demək olar ki, oyuna hazırdır. Ola bilər ki, oyunun hansısa periodunda yorğunluq hiss olunsun. Lakin komandamın özündə güc tapıb mübarizəni davam etdirəcəyinə inanıram. İngiltərə Premyer Liqasında 1-ci və ya 15-ci yer komandaları arasında elə də güclü fərq görünmür. İngilis klubları öz çempionatlarını ÇL-dən daha önəmli hesab edirlər. Bu komandalar hər oyun üçün nəticə qazanmağa meydana çıxırlar".
"Kadinin zədədən geri dönməsi bizim üçün xoş oldu. Tam heyət səhər edəcəyimiz məşqdən sonra məlum olacaq. Əfsuslar olsun ki, Nərimanin yerinə iştirak ərizəsindən kimisə əlavə edə bilməyəcəyik. Reqlamentə görə yalnız akademiyadan hansısa oyunçunu əlavə etmək mümkündür", - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək.
Murad Nəsimi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.