AZ

"Arsenal" ulduz futbolçu üçün danışıqlara başladı:100 milyon tələb edirlər

İspaniya millisinin və "Atletik"in vingeri Niko Uilyams İngiltərə Premyer Liqasının lideri olan "Arsenal"ın maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

London klubu vingerin transferi ilə bağlı ilkin danışıqlara başlayıb və İspaniya təmsilçisinə rəsmi təklif hazırlayır.

"Atletik" isə ulduz futbolçusu üçün təxminən 100 milyon avro tələb edir. Bu məbləğ "Arsenal"ı çəkindirməyib. Uilyamsın özü də klubunu dəyişməyə hazırdır.

Onunla "Tottenhem" və "Liverpul"un da maraqlandığı bildirilir.

Seçilən
40
publika.az

1Mənbələr