AZ

Azərbaycanda mobil nömrə daşınmasının sadələşdirilməsi üçün yeni portal hazırlanır

Bakı.Trend:

İKTA tərəfindən Mobil Nömrə Daşıma Sisteminin (MNDS Portalı)hazırlanmasına başlanılıb.

Trend xəbərverir ki, bu barədə məlumat İnformasiya KommunikasiyaTexnologiyaları Agentliyinin (İKTA) 2025-ci ilə dair illikhesabatında yer alıb.

Hesabatda bildirilir ki, Mobil Nömrə Daşıma Sisteminin (MNDSPortalı) funksiyası Mobil Nömrə Daşıma sisteminin əsas hissəsi oluboperator və abunəçi arasında mobil nömrələrin daşınmasıfunksiyasını yerinə yetirməsini həyata keçirən platformadır.

Yəni, MNDS Portalı mobil nömrələrin bir operatorun şəbəkəsindəndigərinə daşınmasını təmin edən elektron xidmətdir. Bu elektronxidmət, abunəçilərə mobil nömrələrini dəyişdirmədən operatorlarınısərbəst şəkildə seçmək imkanı yaradır və bu prosesin daha sürətli,şəffaf və effektiv icrasını təmin edir. Portal mobil operatorlar vəabunəçilər üçün vahid bir interfeys rolunu oynayaraq, nömrə daşınmaprosesini rəqəmsal mühitə daşıyır. Hazırda sistemin elektron xidmətşəklində hazırlanması üzərində işlər aparılır və onun 2026-cı ilərzində istifadəyə verilməsi planlaşdırılır.

Seçilən
132
3
az.trend.az

4Mənbələr