ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İran və ABŞ arasında aparılan nüvə danışıqlarında mühüm irəliləyiş əldə olunduğu bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, tərəflər İsveçrənin Cenevrə şəhərində keçirilən dolayı danışıqların ikinci raundundan sonra əsas prinsiplər üzrə razılığa gəliblər.
Əraqçi qeyd edib ki, əldə olunan anlaşma gələcək danışıqlar üçün baza rolunu oynayacaq və texniki detallar üzərində müzakirələr davam etdiriləcək.
Diplomatik mənbələr bildirir ki, görüşlərdə əsas diqqət İranın nüvə proqramı, sanksiyaların mümkün yumşaldılması və qarşılıqlı öhdəliklərin mərhələli şəkildə həyata keçirilməsi məsələlərinə yönəlib.
Tərəflər yekun razılaşmanın əldə edilməsi üçün danışıqları davam etdirmək niyyətində olduqlarını vurğulayıblar.
Ekspertlərin fikrincə, əsas prinsiplər üzrə razılığın əldə edilməsi regionda gərginliyin azalması və beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanması baxımından mühüm addım hesab olunur.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.