AZ

Avropa Komissiyası “Shein” onlayn ticarət platformasına qarşı araşdırma başladıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 17 fevral, AZƏRTAC

Avropa Komissiyası “Shein” onlayn ticarət platformasına qarşı rəsmi araşdırma başladıb.

AZƏRTAC xəbər verir ki, araşdırmanın səbəbləri arasında xidmətin asılılıq yaradan dizaynı, tövsiyə sistemlərinin şəffaflığının yetərsizliyi, eləcə də qanunsuz məhsulların satışı göstərilib. Qanunsuz məhsullara uşaqlara qarşı cinsi zorakılıqla bağlı hesab oluna biləcək materiallar da daxildir.

Bundan əlavə, istifadəçilərə aktivliyə görə xal və mükafatların verilməsi kimi funksiyaların yaratdığı risklər və onların azaldılması üçün görülən addımlar da diqqət mərkəzində olacaq. Komissiyanın tələbinə əsasən şirkət tövsiyə sistemlərində istifadə olunan əsas parametrləri açıqlamalı və hər bir tövsiyə sistemi üçün istifadəçilərə profilləşdirməyə əsaslanmayan ən azı bir asan əlçatan alternativ seçim təqdim etməlidir.

Avropa Komissiyası “Shein” platformasının Rəqəmsal Xidmətlər Aktına (DSA) uyğunluğunun yoxlanılması barədə şirkətə biri 2024-cü ildə, ikisi isə ötən il olmaqla üç məlumat sorğusu göndərib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
113
1
azertag.az

2Mənbələr