Olaylar.az xəbər verir ki, bu barədə "RİA novosti" məlumat yayıb.
Məlumata görə, üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Bildirilib ki, əvvəlki mərhələ 4-5 fevral tarixlərində Əbu-Dabi şəhərində baş tutub və həmin vaxt Rusiya nümayəndə heyətinə admiral İqor Kostyukov başçılıq edib.
Dmitri Peskovun sözlərinə görə, nümayəndə heyətinin tərkibində edilən dəyişikliklər İsveçrədə keçiriləcək görüşdə ərazi məsələləri də daxil olmaqla daha geniş mövzuların müzakirə ediləcəyi ilə bağlıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31