AZ

Dörd Avropa ölkəsinin nümayəndələri Cenevrəyə getdilər

Böyük Britaniya, İtaliya, Almaniya və Fransa nümayəndələri Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarının təşkil olunduğu Cenevrəyə gəliblər.

Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilir ki, Avropa dövlətlərinin nümayəndələrinin təhlükəsizlik üzrə müşavirlərlə, həmçinin kuluar arxasında Ukrayna və ABŞ nümayəndə heyətləri ilə görüşləri planlaşdırılıb.

Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlar yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. İkinci raund fevralın 4-də elə həmin yerdə başlayıb və yenə iki gün davam edib. Görüşn yekunlarına əsasən, tərəflər 314 məhbusun mübadiləsi barədə razılığa gəliblər. İsveçrədə 17-18 fevral tarixlərində nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə keçirilən görüş danışıqlar prosesinin davamıdır.

Seçilən
26
publika.az

1Mənbələr