AZ

Yarımfinalın ilk görüşləri: 2 qələbə , 2 heç heçə

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib. 

Yarımfinalda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Yaqub Hüseynov edib.

Federasiyadan verilən məlumata görə, Şəhriyar Məmmədyarov-Aydın Süleymanlı və Məhəmməd Muradlı-Read Səmədov partiyalarında bərabərlik qeydə alınıb. Qadınların yarışında Ülviyyə Fətəliyeva Gülnar Məmmədovanı məğlub edib. Digər partiyada Ayan Allahverdiyeva iki dəfə qayda pozuntusuna yol verdiyinə görə Türkan Məmmədyarova qalib elan edilib.

Sabah Azərbaycan çempionatında cavab oyunları keçiriləcək.

Qabil YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
2
xalqqazeti.az

8Mənbələr