AZ

Havalar vaxtından tez isindi Qıtlıq və bahalaşma olacaq

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son günlər müşahidə olunan uzunmüddətli isti hava dalğaları kənd təsərrüfatında məhsuldarlıqla bağlı narahatlıqları artırıb. Temperaturun yüksəlməsi və su ehtiyatlarının azalması məhsul itkiləri və bazarda qiymət artımı riskini gündəmə gətirir. Bu şəraitdə fermerlərin uyğunlaşma imkanları və dövlətin dəstək mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.Ekoloq Sadiq Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırkı isti hava şəraiti kənd təsərrüfatı üçün çox zərərlidir:"Günəşli havaların ən azı bir həftə davam etməsi torpağın erkən oyanması və vegetasiya dövrünün vaxtından əvvəl başlaması kimi qiymətləndirilir və nəticədə bitkilərin inkişafı tezləşir. Qış aylarında normal temperaturun 4–6 dərəcə olduğu dövrdə havanın birdən-birə 15–20 dərəcəyə yüksəlməsi kənd təsərrüfatı bitkilərinin oyanmasına və erkən vegetasiyanın başlanmasına səbəb olur ki, bu da sonradan ciddi fəsadlar yarada bilər". Ekoloq bildirib ki, soyuq hava kütlələrinin Azərbaycana daxil olması adətən aprel ayının sonlarınadək davam edir. "Fevral və mart aylarında, hətta bəzən aprel ayında Arktik hava kütlələrinin ölkəyə daxil olması mümkündür. Bu səbəbdən isti və soyuq hava kütlələrinin tez-tez dəyişməsi ehtimalı yüksəkdir və uzunmüddətli istiləşmə kənd təsərrüfatına ciddi zərər vura bilər" - deyə o, qeyd edib. Qeyd edək ki, iqlim dəyişiklikləri fonunda qeyri-sabit hava şəraiti məhsul itkiləri və bazarda qiymət artımı riskini daha da artırır.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
1
demokrat.az

2Mənbələr