AZ

Ukrayna kimya zavoduna hücum etdi

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Perm diyarının rəhbəri Dmitriy Maxonin hadisəni öz Telegram kanalında təsdiqləyərək bildirib ki, insident nəticəsində yerli əhali arasında xəsarət alan olmayıb. Məlumata görə, dronların hədəfi Perm bölgəsində yerləşən Metafrax Chemicals zavodu olub. Bildirilir ki, sözügedən müəssisə Rusiya hərbi sənayesi üçün partlayıcı maddələrin və digər hərbi təyinatlı materialların komponentlərini istehsal edir.

Hadisə şahidlərinin sözlərinə görə, zavod ərazisində ən azı altı partlayış baş verib və müəssisənin işçiləri təxliyə olunub.

Seçilən
58
2
Ajans.az

3Mənbələr